Peskov: “ABŞ-la əlaqələrimiz bərpa oluna bilər”

12

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ABŞ rəsmilərinə sanksiya tətbiq edilməsinə münasibət bildirib.

yasamal.tv xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“ABŞ Prezidenti Cozef Baydenə qarşı sanksiya tətbiq etməyimiz təmaslardan imtina etməyimiz deyil. Lazım gələrsə, əlaqələrimiz bərpa oluna bilər”, – o deyib.

Kreml sözçüsü həmçinin sanksiya tətbiq olunan şəxslərin siyahısının V.Putinlə razılaşdırıldığını əlavə edib.