“Vətənə xidmətə görə” və “Şöhrət” ordeni alan idmançılar – SİYAHI

17

Məlum olduğu kimi, dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında bir sıra idmançılara, məşqçilərə və idman xadimlərinə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən mükafatlar təqdim edilib.

Belə ki, Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Əmək ordeni”, 7 nəfər “Tərəqqi” medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Tokio Paralimpiya Oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Əmək ordeni”, 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

yasamal.tv oxu.Az-a istinadən həmin idmançıların siyahısını təqdim edir.

Olimpiyaçılar:

Mariya Stadnik (qadın güləşi) – 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni

Rəfael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İrina Zaretskaya (karate) – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni

Alfonso Dominqes (boks), İrina Kindzerskaya (cüdo), Rafiq Hüseynov (yunan-Roma güləşi) – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni

Aslan Ağayev, Elman Əzimzadə (hər ikisi sərbəst güləş) – 3-cü dərəcəli “Əmək” ordeni

Anar Məmmədov, Umberto Orta Dominqes (hər ikisi boks), Vüsal Cəfərov, Orxan Məmmədov, Radik Hüseynov, Aleksandr Tarakanov (hamısı güləş), Füzuli Musayev (karate) – “Tərəqqi” medalı

Namiq Abdullayev (sərbəst güləş), Yaşar Bəşirov, Denis Morozov, Qurban Tağıyev (hamısı karate) – “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”

Paralimpiyaçılar:

Elvin Astanov, Həmid Heydəri (hər ikisi paraatletika), Roman Saley (paraüzgüçülük), İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti) – “Şöhrət” ordeni

Orxan Aslanov, Lamiyə Vəliyeva (hər ikisi paraatletika), Şəhanə Hacıyeva, Xanım Hüseynova, Dürsədəf Kərimova, Hüseyn Rəhimli, Vüqar Şirinli, Sevda Vəliyeva, İlham Zəkiyev (hamısı paracüdo), Vəli İsrafilov (paraüzgüçülük) – 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni

Namiq Abbaslı (paracüdo), Pərvin Məmmədov (parapauerliftinq), Səif Nəcəfzadə (paraatletika), Kamal Məmmədov (Milli Paralimpiya Komitəsinin baş katibi) – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni

Alavərdi Culfayev (paraüzgüçülük), Rəşad Məmmədov (paracüdo), Vladimir Zayets (paraatletika) – 3-cü dərəcəli “Əmək” ordeni

Fərid Ağakişiyev, Elvin Əliyev Adil oğlu, İbrahim İbrahimov, İmamverdi Məmmədov, Azad Zahidov (hamısı paracüdo), Elvin Əliyev Elman oğlu, Tofiq Əliyev, Mehdi Nağıyev, Oleq Panyutin (hamısı paraatletika), Rəşad Əliyev (paraüzgüçülük), Rasim Məmmədov (parapauerliftinq) – “Tərəqqi” medalı

İlqar İbişov (parapauerliftinq), Ramin İbrahimov (paracüdo), Fyodor Kirillov (paraüzgüçülük) – “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin