Rusiya Dövlət Dumasının Nəzarət Komitəsinin sədri Oleq Morozov Çeçenistan lideri Ramzan Kadırovun Ukrayna ilə danışıqlara göndərilməsini təklif edib.
yasamal.tv xəbər verir ki, Oleq Morozov bu təklifi onunla əsaslandırıb ki, “Kadırovun terrorçularla necə danışmaq barədə təcrübəsi var”.
“Bütün danışıqlarda səlahiyyətləri Ramzan Kadırova ötürməyin vaxtı çatıb. Ona görə yox ki, hazırkı danışıq aparanlarımız pisdir. Məsələ burasındadır ki, danışıqların başqa formata ehtiyacı var və terrorçularla necə və nə haqda danışacağını hamıdan yaxşı bilən Kadırovdur”, – Oleq Morozov bildirib.