ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasının nəticələrinə dair hesabatın açıqlanması ərəfəsində qızılın qiyməti 1%-dən çox düşüb.
yasamal.tv xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 1,53%, yaxud 30,05 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 930,75 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,57% düşərək, 1 unsiyası 24,895 ABŞ dolları təşkil edib.
Yaxın günlərin əsas iqtisadi hadisələrindən biri FES iclasının nəticələrinin açıqlanması olacaq. Analitiklərin çoxu hesab edir ki, tənzimləyici orqan baza (uçot) dərəcəsini artıracaq, bu isə ABŞ dolları üçün müsbət, qızıl üçünsə mənfə amil hesab olunur.