“Avropa Komissiyası yaxın gələcəkdə Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşulmaq niyyətindədir”.
yasamal.tv xəbər verir ki, bunu çərşənbə axşamı Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından imtina planını təqdim edən Avropa komissarı Kadri Simson deyib.
“Avropa Komissiyası Ukraynanın mümkün qədər tez bir zamanda Aİ-nin enerji sisteminə qoşulması üçün hər şeyi edəcək ki, bu ölkədə işıqlar yanmağa davam etsin. Hazırda biz Ukraynaya ölkəyə yanacaq və generatorlar verməklə kömək etməyə davam edirik”, – deyə o, bildirib.