Odessadan daha 130 azərbaycanlı Moldova sərhədinə təxliyə olunub

13

“Bu gün Ukraynanın Odessa şəhərindən 130 azərbaycanlı iki avtobusla Moldova sərhədinə təxliyə olunub”.

yasamal.tv xəbər verir ki, bunu “Report”a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.

O bildirib ki, onlardan 50 nəfəri Nikoloyev şəhərindən gələnlərdir: “Onlar gecəni Odessada qalıblar. Bu gün yola salındılar. Günortadan sonra azərbaycanlıların olduğu daha bir avtobusun yola salınması gözlənilir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin