Hadisə fevralın 22-i saat 20 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində qeydə alınıb.
yasamal.tv xəbər verir ki, Azər Rasulovun idarə etdiyi “VAZ-21140” markalı avtomobil hərəkətdə olarkən 1965-ci il təvəllüdlü İslam Əzizovu vurub. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralı bir neçə gün sonra orada ölüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.