Goranboyda avtomobil ustası bıçaqlanıb

12

Goranboyda bıçaqlanma hadisəsi olub.

yasamal.tv-ın məlumatına görə, rayonun Düzqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü R.Mansurov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həmkəndlisi, 1981-ci il təvəllüdlü E.Məmmədovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, R.Mansurov avtomobil ustasıdır. Hadisəni törətməkdə şübhəli bilinən isə onun müştərisidir.

Faktla bağlı araşdırmalara başlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin