Ağsuda yol qəzası: ölən və yaralananlar var

11

Ağsuda zəncirvari qəza olub, ölən və yaralananlar var.

yasamal.tv-ın məlumatına görə, hadisə fevralın 28-də Bakı-Şamaxı-Yevlax yolunun rayonun Kəlağayılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 1964-cü il təvəllüdlü Habil İsmayılov idarə etdiyi “Ford” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil qarşı zolaqda hərəkətdə olan sürücü, 1980-ci il təvəllüdlü Cabir Vahabovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Daha sonra “Ford” həmin istiqamətdə hərəkətdə olan sürücü, 1995-ci il təvəllüdlü Röyal Əhmədlinin idarə etdiyi “VAZ-21074” markalı avtomobili ilə toqquşub. Nəticədə H.İsmayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb, C.Vahabov və sərnişin , 1978-ci il təvəllüdlü Yaqut Quliyeva isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin