Tayvan administrasiyası Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalara qoşulacaq.
yasamal.tv xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat verib.
“Tayvan hökuməti təəssüflənir ki, Rusiya mübahisələri dinc diplomatik danışıqlar yolu ilə həll etmək əvəzinə, güc və hədə-qorxu ilə başqalarına sataşmağa üstünlük verib. Rusiyanı Ukraynaya qarşı hərbi təcavüzünü dayandırmağa və dinc dialoqu bərpa etməyə məcbur etmək üçün Mümkün qədər tez bir zamanda bütün maraqlı tərəflər arasında Tayvan hökuməti Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalara qoşulacağını elan edir”, – bəyanatda deyilir.
“Tayvan Ukraynanı müharibənin dəhşətlərindən azad etmək, həmçinin, regionda sülh və sabitliyi ən qısa zamanda bərpa etmək üçün müvafiq tədbirlər görmək üçün ABŞ və digər həmfikir ölkələrlə sıx əlaqələrə davam edəcək ”- deyə nazirlik əlavə edib.