Məşhur aktrisa Ancelina Coli Ukraynadakı hərbi əməliyyatlarla bağlı paylaşım edib.
yasamal.tv xəbər verir ki, aktrisa “Instagram” hesabında Ukrayna xalqına dəstəyini ifadə edib.
“Bir çoxlarımız kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığındakı həmkarlarım və mən bütün diqqətimizi regionda məcburi köçkünlərin və qaçqınların müdafiəsi və əsas insan hüquqlarının təmin edilməsi üçün əlimizdən gələni etməyə cəmləşdirmişik”, – deyə o bildirib.