İki futbol klubu rus sponsorlardan imtina etdi

10

Rusiya Federasiyasına qarşı təzyiqlər bütün istiqamətlərdə artıb.

yasamal.tv  xəbər verir ki, artıq idman dünyası da Rusiyaya qarşı öz mövqeyini nümayiş etdirib.

Bir sıra idman klubları Rusiya ilə əlaqəli şirkətlərlə çalışmaqdan imtina edib, eləcə də bu ölkədə baş tutacağı gözlənilən idman tədbirləri ilə bağlı dəyişikliklər gündəmdədir.

Belə ki, Formula 1 pilotları Sebastian Vettel və Maks Verstappenin Rusiya Qran Prisinə qatılmayacağı məlum olub. FİA isə təqvimdən Soçi yarışını çıxaracaq.

Həmçinin, “Barselona” Basketbol üzrə Avroliqada “Zenit”lə görüş üçün Peterburqa getməkdən imtina edib.

Digər bir addım “Şalke” və “Mançester Yunayted” klublarından gəlib. Onlar rus sponsorları ilə müqaviləni pozublar.

Qeyd edək ki, F1 “Haas” komandası “Uralkali” yazısını bütün sosial mediya hesablarından yığışdırıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin