Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda bu ölkədə təhlükəsiz vəziyyət yaranan kimi bütün əməkdaşlarını ölkədən çıxarmaq qərarına gəlib.
yasamal.tv xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, belə bir addıma səbəb Rusiyanın Ukrayna ərazisindəki hərəkətləri olub.