İsveçrə Rusiyanın 3 bankına və 361 deputatına sanksiya tətbiq edəcək

12

İsveçrə üç Rusiya bankına maliyyə sanksiyaları tətbiq edib və Dövlət Dumasının 361 deputatının səyahətinə məhdudiyyət qoyub.

yasamal.tv xəbər verir ki, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında İsveçrənin Prezidenti İqnazio Kassis bildirib.
Onun sözlərinə görə, üç banka və 361 rusiyalı deputata, eləcə də bir sıra rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq edilir.

Maliyyə sektorunda İsveçrə Aİ-nin əvvəllər tətbiq etdiyi sanksiyaları dəstəkləməli olacaq. Kassis hansı bankların məhdudiyyətlərə məruz qalacağını dəqiqləşdirməyib.

Öz növbəsində, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr Mərkəzinin nümayəndəsi Ervin Bollinqer bildirib ki, İsveçrə Rusiyaya qarşı sanksiyalarla bağlı qərarında Avropa İttifaqının artıq qəbul etdiyi qərarlara əsaslanacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin