“Rusiyaya qarşı istənilən halda sanksiya tətbiq ediləcək” – Putin

16

“Qərb Rusiyaya, eləcə də Belarusa qarşı istənilən halda sanksiya tətbiq edəcək”.

yasamal.tv xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, Qərb ölkələri sanksiya tətbiq etmək üçün bütün hallarda səbəb tapacaq.

“Ukraynadakı hadisələrlə bağlı səbəb var və ya yox, bütün hallarda Rusiyaya qarşı sanksiya tətbiq olunacaq. Sanksiyaların məqsədi Rusiya və Belarusun inkişafını ləngitməkdir”, – deyə Putin bildirib.

Onun sözlərinə görə, sanksiyalarla təzyiq tamamilə qeyri-legitimdir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin