Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna separatçılarla danışıqlara getməyəcək: “Biz Donetsk və Luqansk separatçıları ilə birbaşa danışıqlara getməyəcəyik. Çünki bunun bir mənası yoxdur”.
yasamal.tv xəbər verir ki, bu barədə “RBK-Ukrayna” yazır.
Zelenski Minsk razılaşmalarının uğursuz tərtib edildiyini vurğulayıb və əlavə edib ki, Ukrayna həmin sənədlə əlverişsiz vəziyyətə salınıb.
Ukrayna prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşünün baş tutacağı halda, iki ölkə arasında gərginliyi aradan götürə biləcəklərinə ümidini də ifadə edib.