Atasına “mən zəng vurana qədər anamı mənə zəng vurmağa qoyma” deyib.
yasamal.tv xəbər verir ki, o, 17 fevral 1997-ci ildə Şərur rayonu Qabıllı kəndində anadan olub. 2018-cü ildə Bakı şəhərində AAHM-dən məzun olub. Həmin ildən Goranboy rayonunun 701 saylı hərbi hissəsində (Aşağı Ağcakənd) xidmətə başlayıb.
İbrahim Əliyev istər tələbəlik, istərsə də işlədiyi illər ərzində müəllim, tələbə, eləcə də iş yoldaşlarının dərin hörmət və rəğbətini qazanıb. Onda olan məsuliyyət, işinə olan bağlılığı və sevgisi onu Türkiyədə təhsil almağa qədər aparıb. İbrahim Əliyev 2019-cu ilin noyabr və 2020-ci ilin mart ayları tarixində Ankara şəhərində “Kara Kuvvetleri İstihbarat Okulu”nda təhsil alaraq yaxşı göstəricilərə nail olub. Vətənə qayıtdıqdan sonra bölük komandiri vəzifəsində xidmətini davam etdirib. Çalışdığı illər ərzində xidmətləri hərbi hissə rəhbərliyi tərəfindən dəyərləndirilib, təşəkkürnamə və tərifnamə ilə qiymətləndirilib.
Şəhid İbrahim 3 bacının bir qardaşı, evin son beşiyi olub. O, nişanlı idi. 26 senytabr 2020-ci il tarixində ailə üzvləri ilə sağollaşıb. Atasından halallıq istəyib, bəlkə son danışıqları olacağını bildirib. Atasına “mən zəng vurana qədər anamı mənə zəng vurmağa qoyma” deyib.
Bu Vətən İbrahim kimi mərd, qorxmaz oğulları olduğu müddət ərzində heç vaxt əyilməz. Üçrəngli bayraq İbrahimlərin əlində həmişə dalğalanacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!