Əfqanıstanda partlayış: xəsarət alanlar var

9

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb.

yasamal.tv xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhvok” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Kote-Sanqi yaşayış məntəqəsində baş verib. Bütün zərərçəkənlər İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasına aparılıb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

“Taliban” hərəkatının nümayəndələri hələlik faktı təsdiqləməyiblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin