“Şuşa bəyannaməsi Türkiyənin bölgədəki mövcudluğunun göstəricisidir”

9

“Azərbaycan və Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsi” Ermənistan üçün çox təhlükəlidir. Çünki bu sazişlə Türkiyə Qarabağda hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Ermənistana qarşı addımlar atmaq ixtiyarı qazanıb”.

yasamal.tv  xəbər verir ki, bu sözlər yerli politoloq Aleksandr Kananyan tərəfindən səslənib.

“Şuşa bəyannaməsi müharibədən sonra yeni siyasi reallığı möhkəmləndirib. Biz hələ 2020-ci ilə qədər sadəlövhcəsinə bu bölgənin Rusiyanın nüfuz zonası olduğunu və Türkiyənin Cənubi Qafqaza hərbi çıxışının olmadığını düşünürdük”,-deyə erməni politoloqu bildirib.

Aleksandr Kananyan rəsmi İrəvanın bəhs olunan sənədə susqun münasibətini bu sözlərlə ifadə edib:

“Ermənistan tərəf kimi onsuz da yoxdur”. (musavat.com)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin