Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C. Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.
C. Bayramov, həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.