ABŞ-dan Türkiyə açıqlaması: “Buna görə qıcıqlanırıq!”

25

Türkiyənin S-400 raket sistemini alması Vaşinqton-Ankara əlaqələrində qıcıqlandırcı ünsür olmaqda davam edir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

“S-400 olduqca mühüm, qarmaqarışıq məsələdir. Üstəlik, İkinci Dünya müharibəsindən sonra ABŞ-ın müttəfiqlərinin müdafiəsinə yönəlik ən böyük investisiyası olan F-35 qırıcısı ilə bağlıdır. Türkiyənin etdikləri bu investisiyanı baltalayır. Hər iki tərəf bu məsələdə dayanmış vəziyyətdədir. Bu, problemlərin ən böyüyüdür. Liviya, NATO, Qaradəniz-Qafqaz bölgəsi, Suriya, İraq məsələlərində çox yaxşı anlaşırıq”, – deyə diplomat bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin