Rusiya Münhen Təhlükəsizlik Konfransına qatılmayacaq

12

Rusiya rəsmiləri qarşıdan gələn Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcəklər.

yasamal.tv  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Rusiya rəsmiləri müxtəlif səbəblərə görə bu il fevralın 18-20-də keçiriləcək Münhen Təhlükəsizlik Siyasəti Konfransının iclasında iştirak etməyəcək”, – Zaxarova brifinq zamanı bildirib. Onun sözlərinə görə, son illər Münhen Konfransı öz inklüzivliyini və obyektivliyini itirərək getdikcə daha çox “transatlantik foruma” çevrilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, Vladimir Putin bu il konfransda iştirak etməyi planlaşdırmır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin