Bakıda bir ailənin 8 üzvü dəm qazından zəhərlənib

11

Bakıda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan qəsəbəsində 1961-ci il təvəllüdlü Müslümov Savalan Bəşir oğlu, 1969-cu il təvəllüdlü Müslümova Zülfiyyə Rəsul qızı, 1999-cu il təvəllüdlü Məmmədova Ülviyyə Savalan qızı, 1993-cü il təvəllüdlü Müslümzadə Aişən Savalan qızı, 2014-cü il təvəllüdlü Hüseynzadə Nigar Emin qızı, 2016-cı il təvəllüdlü Hüseynzadə Zəhra Emin qızı, 2006-cı il təvəllüdlü Hüseynzadə Bəşir Savalan oğlu və 1 yaşlı Məmmədli Nihad Anar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin