Futbol üzrə Afrika Millətlər Kubokunda final oyunu keçirilib.
yasamal.tv-ın məlumatına görə, Kamerunun paytaxtı Yaundedəki “Olembe” stadionunda təşkil olunmuş həlledici görüşdə Seneqal və Misir yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 0:0. 5-ci dəqiqədə seneqallı hücumçu Sadio Mane penaltini dəqiq yerinə yetirməyib.
Penaltilər seriyasında isə məhz Mane son zərbədən məharətlə yararlanaraq, komandasına qələbə qazandırıb – 4:2. Bununla da Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.