Messi PSJ-yə uyğunlaşmaqda çətinlik çəkir

13

Lionel Messi Fransanın PSJ klubuna uyğunlaşmaqda çətinlik çəkir.

yasamal.tv xəbər verir ki, 35 yaşlı hücumçu bunu Barselona şəhərindəki dostlarına söyləyib.

Argentinalı forvard ötən həftə İspaniyaya səfər edib, sabiq komanda yoldaşları Serxio Buskets və Xordi Alba ilə görüşüb. Messi “Barselona”nın baş məşqçisi Xavi ilə də danışıb. Təcrübəli futbolçu onlara PSJ-yə uyğunlaşa bilmədiyini deyib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılaraq PSJ-yə keçib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin