“Mançester Yunayted”in futbolçusu azadlığa buraxıldı

13

Mançester polisi zorlama, cinsi təcavüz və ölümlə hədələmədə şübhəli bilinərək həbs edilən futbolçu Meyson Qrinvudun zaminə buraxıldığını təsdiqləyib.

yasamal.tv xəbər verir ki, “Mançester Yunayted”in forvardı ilə bağlı əlavə araşdırma aparılacaq. Şəhərin polis orqanından 20 yaşlı futbolçunun növbəti istintaqa qədər azadlığa buraxıldığı haqda yerli mətbuata məlumat verilib.

Qrinvud qadının şikayəti əsasında cinsi təcavüz, öldürmək və hədələməkdə şübhəli bilinərək həbs olunmuşdu.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin