ABŞ İrana qarşı sanksiyaları qismən ləğv edəcək

4

ABŞ Tehrana qarşı sanksiyaların yalnız bir hissəsini ləğv etməyə razılaşıb, lakin hazırkı şərtlər nüvə sazişi üzrə razılaşmaya ümid etməyə əsas verir.

yasamal.tv xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi Mahmud Abbaszadə Meşkini deyib.

“Danışıqlar prosesində müsbət məqamlar var, lakin razılaşdırılmalı olan mühüm məsələlər var. Təbii ki, İranın bütün sanksiyaları ləğv etmək hüququ var, lakin hazırda qarşı tərəf onların yalnız qismən götürülməsinə razılaşıb”, – Meşkini qeyd edib.

Qeyd edək ki, yanvarın 3-də Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqların səkkizinci raundu bərpa olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin