Broyler toyuğu daşıyan yük maşını aşıb – Yevlaxda

10

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan ‘”ATECO” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmasa da broyler toyuqları daşıyan yük avtomobilinə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin