Cəlilabad rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.
yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 26-sı saat 1 radələrində rayonun Təzəkənd kəndi ərazisində rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Ümid Əliyev hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.