“Tata Steel Masters”: Məmmədyarov Karlsenlə üz-üzə gələcək

10

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Masters” superturnirinin IX turunda norveçli hazırkı dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

yasamal.tv xəbər verir ki, bu gün yarışda istirahət günüdür. Turun görüşləri sabah – yanvarın 25-də baş tutacaq. Məmmədyarov titullu rəqibinə qarşı qara fiqurlarla mübarizə aparacaq.

Hazırda hesabında 5,5 xal olan qrossmeysterlər ilk iki pilləni bölüşür. Onların ən yaxın izləyiciləri 5 xala malik Aniş Giri (Niderland) və Vidit Santoş Qujratidir (Hindistan).

Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin