Hollivud aktyoru Tom Kruzun filminin istehsalı ilə məşğul olan “Speys İnterteyment” orbitdə kinostudiya yaratmaq üçün “Aksimo” şirkətilə müqavilə imzalayıb.
yasamal.tv xəbər verir ki, burada təkcə kinostudiya deyil, həm də idman zalı tikiləcək.
İşçilər mikroqravitasiyada məzmun yaratmaq istəyən rəssamlar, prodüserlər və kreativ insanlar üçün nəzərdə tutulmuş ayrıca SEE-1 modulunda yerləşəcəklər. SEE-1 bəşəriyyət üçün başqa reallığa keçmək və kosmosda yeni səhifəyə başlamaq üçün inanılmaz bir fürsət olacaq.