2021-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 57 181,5 milyon manat təşkil edib.
yasamal.tv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 2,2% artaraq 5 708 manata çatıb.