Şabranda hamilə qadın dəm qazından zəhərlənib

11

1996-cı il təvəllüdlü Qərənfil Ağayar qızı Tapdıqlı hamam otağında huşsuz vəziyyətdə tapılıb.

yasamal.tv xəbər verir ki, o, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Q.Tapdıqlıya xəstəxanada dəm qazından zəhərlənmə diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin