2022-ci ildə keçiriləcək güllə və stend atıcılığı üzrə yarışların tam təqvimi açıqlanıb.
yasamal.tv-ın məlumatına görə, Dünya kubokunun Azərbaycanda keçiriləcək mərhələ yarışının vaxtı da dəqiqləşib.
Bakıda təşkil olunacaq tüfəng, tapança və stend atıcılığı üzrə Dünya kubokuna mayın 27-də start veriləcək. Yarış iyunun 9-dək davam edəcək.
Qeyd edək ki, 2020-ci ildə Bakıdakı yarış koronavirus pandemiyası üzündən ləğv olunub. Ötən il isə ölkəmiz eyni səbəbdən təqvimə daxil edilməyib.