Antiteli yüksək olanlara buster doza vacibdirmi?

11

Bildiyimiz kimi, bütün vaksin sertifikatları fevral ayının 15-nə qədər keçərlidir. 15 fevral tarixindən sonra vaksin sertifikatlarının müddəti bitəcək. Artıq vətəndaşlarımıza buster dozanın vurulması ciddi tövsiyə edilir. Bəs görəsən antiteli yüksək olan insanların buster doza vurdurması sağlamlığa mənfi təsir göstərə bilərmi?

Bu barədə Axar.az-a açıqlama verən həkim Vasif İsmayıl bildirib ki, buster dozanın vurulması ilə qandakı anticisimlərin səviyyəsinin heç bir əlaqəsi yoxdur.

“Anticism səviyyəsi yüksək olan insanlara da buster doza vurula bilər. Buster doza anticisim səviyyəsi yüksək olan insanların sağlamlığına mənfi təsir göstərmir”, – həkim deyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin