Saatlıda yol qəzası: piyada xəsarət aldı

13

Saatlı rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

yasamal.tv xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 1956-cı il təvəllüdlü Əsədov Zakir Eynulla oğlu yolu piyadalar üçün nəzərdə tutulan yerdən keçərkən minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin əziyi diaqnozları qoyulub. Z.Əsədovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin