Abşeronda avtomobillər toqquşub: sürücü ölüb

14

Abşeron rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

yasamal.tv-ın xəbərinə görə, hadisə rayonun Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Mehdabad yolunda qeydə alınıb.

Belə ki, taksi sürücüsü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun idarə etdiyi “AzSamand” markalı avtomobillə digər taksi sürücüsü, 1981-ci il təvəllüdlü Vəliyev Ramin Sabir oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə C.Vəliyev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin