Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni sosial islahatlar reallaşır

12
Minimum əməkhaqqının artımı üçün illik əlavə maliyyə xərci 480 milyon manat təşkil edir

Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 18 ildə tamamilə yeni yaradılmış Azərbaycan görmüş olarıq. Cənab Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir.
Ölkəmizdə 19 pillədən ibarət vahid tarif cədvəli üzrə əməkhaqqı sistemi mövcuddur ki, bu sistem vasitəsi ilə dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları tənzimlənir. Vahid tarif cədvəlinin ilk pilləsi minimum əməkhaqqından başlayır və minimum əməkhaqqı artdığı zaman həmin cədvəlin ilk pilləsi artdığı üçün digər üst pillələr üzrə bundan yüksək olan digər əməkhaqqı səviyyələri də zəncirvari qaydada artmış olur. Bu o deməkdir ki, minimum əməkhaqqı artımının təsir dairəsi 800 min işçini əhatə edir.
Beləliklə, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş olacaq. Bu artım digər tərəfdən özəl sektora da böyük təsir göstərir. Çünki bu amil özəl sektorda da işçi qüvvəsinin rəqabət qabiliyyətini gücləndirir və əmək bazarına müsbət təsir edir. Minimum əməkhaqqının artırılması həm də Azərbaycanın makroiqtisadi və beynəlxalq göstəricilərinə müsbət təsir etməklə birbaşa ölkəmizin inkişafına xidmət edir.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

 

Sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir.

Dövlətimizin sosial – iqtisadi siyasətinin mühüm prioritetlərindən biri ölkə əhalisinin rifahının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Bu istiqamətdə sosial ödənişlərin, əməkhaqlarının artırılması kimi ardıcıl addımlar atılmış və bu gün də bu siyasət davam etdirilməkdədir.
Ümumilikdə, son üç ildə ölkəmizdə fərman , sərəncam, qanun kimi qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etmişdir.
Yeni sosial paketin ilk Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılmışdır. Təhsil işçilərinin, dövlət büdcəsindən maliyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən bu sərəncamın imzalanması ilk növbədə dövlətimizin başçısının, Azərbaycan dövlətinin öz vətəndaşlarına diqqət və qayğısının göstəricisi və eyni zamanda qazanılan iqtisadi uğurun sosial sahədəki təzahürüdür.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

PREZİDENT İLHAM ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ REALLAŞAN YENİ SOSİAL İSLAHATLAR

Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda bu ölkədə vətəndaş məmnunluğunun artırılmasına yol açır ki, bu da öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir.  İki ildir ki, dünya koronavirus infeksiyası ilə mübarizə aparır. Azərbaycanın  COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən atdığı addımların xronologiyasına diqqət yetirsək insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev ilk gündən bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməlidir, heç bir sosial layihə təxirə salına bilməz.  Bu məqsədlə  Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən 10 fəaliyyət istiqmətini və 4 sektoru əhatə edən 10 sosial yardım proqramı icra edildi. Bu kimi addımlar bir daha təsdiqləyir ki, ən çətin anlarda belə dövlət vətəndaşını unutmur, yüksək rifahını təmin etmək üçün bütün zəruri addımları atır.
Prezident İlham Əliyevin 2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamları da  əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətində  prioritet olduğunu təsdiqləyir: Yeni Fərman və sərəncamlar bu istiqamətdə, xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla  minimum aylıq əmək haqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçinin işçini əhatə edəcək. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamları ilə minimum əməkhaqqı mütəmadi olaraq artır.
Dövlət başçısı hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində  sosial-iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik  həyatında öz əksini tapmasının vacibliyini bildirmişdir. Eyni zamanda, vuğulamışdır ki, pensiyalar, əmək haqqları ildə  ən azı iki dəfə artırılmalıdır. Bu, təbii ki, iqtisadi tərəqqi ilə uzlaşmalıdır.  Prezident İlham Əliyevin bu vədi də reallıqda öz əksini tapıb. Belə ki, son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını stimullaşdırır.
İqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən  dövlət  büdcənin real göstəriciləri və artım səviyyəsi də hər bir  dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini,  faydalı iş əmsalını dəyərləndirməyə imkan verir: Prezident İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Digər illərdə olduğu kimi, cari ildə də  ölkəmizin  davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin  icrasının sürətləndirilməsi  və sair kimi mühüm amillər  dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ PREZİDENT İLHAM ƏLİYEVİN SOSİAL SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR

Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb.
Əhalinin sosial  müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar  sırasında  şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının xüsusi yer var. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətlərin artırılması da böyük əhəmiyyət kəsb edir. Təkcə onu qeyd edək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Bir sözlə, dövlətimiz hər bir vətəndaşının yanındadır. İqtisadi və maliyyə imkanlarımız artdıqca bu ilk olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünü bürüzə verir. Bu baxımdan böyük inamla qeyd edirik ki, tezliklə  işğaldan azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq işləri  başa çatacaq, soydaşlarımız  doğma yurd-yuvalarına  qayıdacaq və yeni həyat başlayacaq. Bu ərazilərin malik olduğu iqtisadi potensial  bütövlükdə ölkə iqtisdiyyatına istiqamətləndiriləcək ki,  bu da dayanıqlı inkişafı, sosial siyasəti daha da gücləndirəcək. Azərbaycan sosial dövlət imicinə yeni əlavələr edəcək.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

Yeni sosial islahatlar paketi vətəndaş rifahının təminatı istiqamətində yeni mühüm irəliləyişlərdir
Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb.
Dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.
A.Kərimov deyib ki, Prezidentin yeni Fərman və Sərəncamları əhalinin, xüsusilə həssas qrupların gəlirlərinin artımını təmin edir: “Hələ davam edən pandemiya, habelə post müharibə dövrü olmasına baxmayaraq, ölkəmizdə sosial islahatlar uğurla davam edir. Əslində 2018-2019-cu illərdən başlanan həmin sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa həssas təbəqələrin gəlirlərinin artırılmasına hədəflənib. İlk mühüm sosial islahat tədbiri minimum əməkhaqqının 300 manata çatdırılmasıdır.
Artımın təsir dairəsi də genişdir və minimum əməkhaqqı artımı 800 min nəfər vətəndaşın gəlirlərinə müsbət təsir edəcək. Onlardan 400 min nəfəri dövlət sektorunda, təxminən o qədər hissəsi də özəl sektorda çalışır. Bu, ümumilikdə ölkədə orta əməkhaqqının yüksəlməsi üçün də təkan olacaq. Həmçinin vahid tarif cədvəli üzrə bütün əməkhaqqı pillələri üzrə artım olacaq”.
Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda sosialyönümlü siyasət davam edir. Dövlət başçısının Sərəncamı əməkhaqqı artımını təmin etməklə bu sahədə növbəti addımdır və növbəti ildə də bu sahədə islahat və dəstək tədbirləri davam etdiriləcək.
“İslahatın əhatə etdiyi 800 nəfər minimum əməkhaqqı alırdı, lakin bir sıra müəssisələr var ki, onlar da dövlət büdcəsindən maliyyələşir. Həmin müəssisələrdə əməkhaqqı xüsusi sistem üzərindən formalaşıb və həmin sistem də cədvəl şəklindədir və görülən işə, vəzifəyə uyğun olaraq formalaşan 19 pillədən ibarətdir. Bu, vahid tarif cədvəli hesab olunur. Əslində isə bu, əməkhaqqı ödəniş sistemidir. Minimum əməkhaqqı həmin cədvəlin ən aşağı pilləsində olan işçinin aldığı maaşdır. Ən yuxarı pillə 905 manat, ən aşağı pillə 250 manat nəzərdə tutulmuşdu. Ən aşağıda olan minimum maaş artanda dalğavari olaraq ondan yuxarıdakı hər pilləyə toxunur, yəni islahatın təsiri yalnız 250 manat əməkhaqqı alana deyil, həmin sektorda daha yüksək maaş alan digər əməkhaqqı alanlara da təsir edəcək. Yəni ilk pillədəki 250 manat 300 manat olacaq və qalan 18 pillədə də əməkhaqları artacaq.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Minimum əməkhaqqının artırılması əmək bazarına da birbaşa təsir edir

Minimum əməkhaqqının artırılması əmək bazarına da birbaşa təsir edir, işçi qüvvəsinin məhsuldarlığını artırır. Eyni zamanda, vətəndaşların öz əmək hüququndan istifadə etməsi üçün onunla əmək müqavilələri bağlanılmalıdır ki, işçi bundan irəli gələn imtiyaz və güzəştlərdən istifadə edə bilsin. Minimum əməkhaqqı artdıqca əmək müqavilələrinin bağlanılması daha cəlbedici olur. Əmək müqavilələrinin bağlanılması ilə onlar əməkhaqqının vaxtlı-vaxtında və sistemli şəkildə almaq imkanı qazanırlar, xəstələnəndə müavinət ala bilirlər, məzuniyyət və pensiyaya çıxanda pensiya kapitalından istifadə edirlər. İşin bu cür təşkili həm dövlət, həm də özəl sektorda rəqabətə də təsir edəcək.
“Bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur”.
“Özəl sektorda vəziyyət dövlət sektorundan fərqlidir. Söhbət minimumlardan gedirsə, tənzimləməyə baxmalıyıq. Dövlət siyasətinin əsas məqsədi hər iki sektorda layiqli əməkhaqqı ödənilməsi və bunun üçün müvafiq şərait yaradılmasıdır. Minimum əməkhaqqının artırılması gələn ildən yaşayış minimumunu 43 faiz üstələyəcək. İslahatların müsbət cəhətlərini dəyərləndirəndə onun müəyyən meyarları nəzərdən keçirilir. Həmin meyarlarda sosial minimumların gözlənilməsi və mütənasibliyin qorunması vacib şərtdir. Minimum əməkhaqqı, minimum pensiya və yaşayış minimumunun mütənasıbliyi qorunmalıdır. Aparılan islahatlar həmin mütənasibliyi artırır.
A.Kərimov daha sonra bildirib: “Sosial islahatlar bir neçə vacib komponentdən ibarətdir. Hazırda ölkəmizdə 1,2 milyon nəfərdən artıq pensiyaçı var. İşləyənlərlə müqayisədə pensiyaçılar daha həssas təbəqə sayılır. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır. Habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub”.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar sırasında şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının xüsusi yer tutur

İqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən dövlət büdcəsinin real göstəriciləri və artım səviyyəsi də hər bir dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir: “Prezident İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, növbəti ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Digər illərdə olduğu kimi, cari ildə də ölkəmizin davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin icrasının sürətləndirilməsi və sair kimi mühüm amillər dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir. 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard manatdan, xərcləri isə 29 milyard manatdan çoxdur. 2022-ci ilin dövlət büdcəsi müstəqillik tariximizin ən irihəcmli büdcəsi kimi dəyərləndirilir. Gələn ilin dövlət büdcəsinin sosialyönümlü olması də təsadüfi deyil. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Özünüməşğulluğun təminatı, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkanlar açır. Bu əminlik də ifadə edilir ki, görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 18 il bundan əvvəl qarşıya qoyulan vəzifə – Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməsi təmin ediləcək”.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar sırasında şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının xüsusi yer tutur “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətlərin artırılması da böyük əhəmiyyət kəsb edir. Təkcə onu qeyd edək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Bir sözlə, dövlətimiz hər bir vətəndaşının yanındadır. İqtisadi və maliyyə imkanlarımız artdıqca bu ilk olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünü büruzə verir. Bu baxımdan böyük inamla qeyd edirik ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və yeni həyat başlayacaq. Bu ərazilərin malik olduğu iqtisadi potensial bütövlükdə ölkə iqtisadiyyatına istiqamətləndiriləcək ki, bu da dayanıqlı inkişafı, sosial siyasəti daha da gücləndirəcək. Azərbaycan sosial dövlət imicinə yeni əlavələr edəcək”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Yeni sosial dəstək paketi əhalinin rifahını daha da yaxşılaşdıracaq
Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Prezident İlham Əliyevin xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını şərtləndirən yeni sərəncamları da bu fikrin bariz ifadəsidir.
Xatırladaq ki, dövlətimizin başçısının gələn ilin ilk sosial paketinə daxil olan yeni sərəncamları da əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətində prioritet olduğunu təsdiqləyir. Aşağıda diqqətə çatdırdığımız iqtisadçı-ekspert alimlərin fikirlərində də bu məsələlərdən bəhs olunur.
Prezident İlham Əliyevin yeni sərəncamları ölkəmizdə sosial islahatların yeni mərhələsinin başlanmasından xəbər verir. Bu mərhələ isə dövlətimizin başçısının cari il oktyabrın 16-da imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsaslanır. Yeri gəlmişkən, sənəd əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahını qorumağa xidmət edir.
Sərəncam beynəlxalq bazarlardakı proseslərin respublikadaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır.
Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamında ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasının aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri olduğu, son illərdə isə bu istiqamətdə ciddi irəliləyişlər əldə edildiyi, əhalinin sosial müdafiəsinin gücləndirildiyi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirildiyi bildirilib. Bu məqsədlə hələ 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq reallaşdırılıb, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləğinin 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması gerçəkləşdirilib. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunub.

Nailə Əliyeva Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Yeni sosial islahatların miqyası

Ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident cənab İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının bu günlərdə imzaladığı yeni Fərman və sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi. Prezident cənab İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Bütün bunlar Azərbaycanda yeni sosial islahatlara başlandığını deməyə əsas verir. Hazırda real maliyyə imkanlarının artması hesabına sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb. Qeyd edək ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əmək haqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb ki, bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir

Yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcək. Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, “Xalq” və “Əməkdar” fəxri adı olanlar, doktorant və tələbələr artımdan yararlana biləcəklər.
Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün görülən işlər, atılan əməli addımlar qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Onu da xüsusilə qeyd etməliyik ki, Prezident cənab İlham Əliyev Azərbaycan xalqının xoşbəxtliyi, dövlətimizin inkişafı və beynəlxalq aləmdə tanınması üçün bütün gücü ilə çalışır. Sərəncamlar və həyata keçirilən mühüm layihələr bunun parlaq nümunəsidir.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyin direktoru

 

Davamlı artım

Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident cənab İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb.
Prezident cənab İlham Əliyevin yeni Fərman və Sərəncamları əhalinin, xüsusilə həssas qrupların gəlirlərinin artımını təmin edir: “Hələ davam edən pandemiya, habelə post müharibə dövrü olmasına baxmayaraq, ölkəmizdə sosial islahatlar uğurla davam edir. Əslində 2018-2019-cu illərdən başlanan həmin sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa həssas təbəqələrin gəlirlərinin artırılmasına hədəflənib. İlk mühüm sosial islahat tədbiri minimum əməkhaqqının 300 manata çatdırılmasıdır. Artımın təsir dairəsi də genişdir və minimum əməkhaqqı artımı 800 min nəfər vətəndaşın gəlirlərinə müsbət təsir edəcək. Onlardan 400 min nəfəri dövlət sektorunda, təxminən o qədər hissəsi də özəl sektorda çalışır. Bu, ümumilikdə ölkədə orta əməkhaqqının yüksəlməsi üçün də təkan olacaq. Həmçinin vahid tarif cədvəli üzrə bütün əməkhaqqı pillələri üzrə artım olacaq.
Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda sosialyönümlü siyasət davam edir. Dövlət başçısının Sərəncamı əməkhaqqı artımını təmin etməklə bu sahədə növbəti addımdır və növbəti ildə də bu sahədə islahat və dəstək tədbirləri davam etdiriləcək.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Əmək haqlıları Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları artırıldı

Vahid tarif cədvəli üzrə əməkhaqqıların artırılması mühüm sosial isahatların tərkib hissəsidir. İslahatın əhatə etdiyi 800 min nəfər minimum əməkhaqqı alırdı, lakin bir sıra müəssisələr var ki, onlar da dövlət büdcəsindən maliyyələşir. Həmin müəssisələrdə əməkhaqqı xüsusi sistem üzərindən formalaşıb və həmin sistem də cədvəl şəklindədir və görülən işə, vəzifəyə uyğun olaraq formalaşan 19 pillədən ibarətdir. Bu, vahid tarif cədvəli hesab olunur. Əslində isə bu, əməkhaqqı ödəniş sistemidir. Minimum əməkhaqqı həmin cədvəlin ən aşağı pilləsində olan işçinin aldığı maaşdır. Ən yuxarı pillə 905 manat, ən aşağı pillə 250 manat nəzərdə tutulmuşdu. Ən aşağıda olan minimum maaş artanda dalğavari olaraq ondan yuxarıdakı hər pilləyə toxunur, yəni islahatın təsiri yalnız 250 manat əməkhaqqı alana deyil, həmin sektorda daha yüksək maaş alan digər əməkhaqqı alanlara da təsir edəcək. Yəni ilk pillədəki 250 manat 300 manat olacaq və qalan 18 pillədə də əməkhaqları artacaq.
Əməkhaqqı dövlət büdcəsindən bu sistem üzrə formalaşan bütün müəssisələrdə çalışanlara şamil ediləcək. Minimum əməkhaqqı sistemində artımın 20 faiz, yəni 50 manat olduğunu deyiriksə, digər təbəqədən olanlar da bunu hiss edəcəklər. Bu, ondan irəli gəlir ki, sosial islahatların əsas mənbələrindən biri sosial rifahın yaxşılaşdırılması, gəlirlərin artırılmasıdır.

Şəhla Eminova –əməkdar müəllim(qanunla.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin