Bakıda bahalı velosiped oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlrə Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də İ.Qədimovun 9 000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əbilov saxlanılıb.