Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
yasamal.tv-ın xəbərinə görə, fərmana əsasən, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği 55 manatdan 70 manata çatdırılıb.
Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.