Ağstafa rayonunda yol qəzası baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə Ağstafa-Sadıqlı avtomobil yolunun Poylu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2002-ci il təvəllüdlü Nicad Tağıyev dünyasını dəyişib. Onun sürücü olduğu bildirilir. Daha iki nəfər – 2001-ci il təvəllüdlü Cavid Anar oğlu İbrahimov və 2001-ci il təvəllüdlü Tələt Araz oğlu Budaqov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.