Bakının mərkəzində gənc ayağından bıçaqlanıb

12

Bakıda bıçaqlanma hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Nizami küçəsində yerləşən Xaqani bağında 2003-cü il təvəllüdlü Cavadov Ümid Cavad oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun ayaq nahiyələrində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin