Daha 300 xidmət icbari tibbi sığortaya aid ediləcək

11

“Xidmətlər Zərfinin təkmilləşdirilməsi üçün İTSDA tərəfindən işlər görülür”.

yasamal.tv xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.

Onun sözlərinə görə, hər il İTSDA tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

“Bütün təklif və rəylər ilin sonunda Nazirlər Kabinetinə göndərilir. Bu il də Xidmətlər Zərfinin layihəsi hazırlanıb. 300 sayda əlavə xidmət nəzərdə tutulub, aidiyyəti qurumlara təqdim edilib və hazırda baxılma mərhələsindədir. Ümid edirik ki, Xidmətlər Zərfinə əlavə xidmətlər daxil ediləcək. Xidmətlər Zərfində hər hansı xidmətdən yararlanmaq üçün ixtisaslı həkimdən göndəriş vərəqəsi olmalıdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin