Olaf Şolts Almaniyanın yeni kansleri seçilib.
yasamal.tv-ın xəbərinə görə, o, İkinci Dünya müharibəsindən sonra ölkənin 9-cu hökumət başçısı olub.
O.Şoltsa Almaniya Bundestaqının 736 deputatından 395-i səs verib.
Birinci turda qalib gəlmək üçün namizəd səslərin mütləq əksəriyyətini qazanmalıdır. Bu o deməkdir ki, O.Şoltsa ən azı 369-u lehinə səs verməli idi.