Gecəyə 30 milyonluq boyunbağı ilə qatıldı

9

Xəbər verdiyimiz kimi, Türkiyədə “Altın Kelebek” mükafatlandırma mərasimi baş tutub.

yasamal.tv-ın məlumatına görə, gecədə diqqəti çəkən məqamlardan biri aktrisa Melis Sezenin taxdığı boyunbağı olub. “Tiffany & Co”ya məxsus 30 milyon dollar dəyərində olan aksesuar daha əvvəl müğənni Ledi Qaqanın boynunda görünüb. İfaçı 2019-cu ildə “Oskar” mükafatına layiq görülərkən eyni boyunbağını taxıb.

Melis təqdimatda Ahsen Eroğlu və Cemre Baysellə birgə “Ulduzu parlayanlar” mükafatını alıb.

Eyni zamanda, “Ən yaşı kişi aparıcı” Acun Ilıcalı, “Ən yaxşı qadın aparıcı” Müge Anlı, “Ən yaxşı serial” “Camdaki kız”, “Ən yaxşı aktyor” Çağlar Ertuğrul, “Ən yaxşı aktrisa” Ezgi Mola və Merve Dizdar, “Ən yaxşı reper” Sefo, “Ən yaxşı uşaq aktyor” Aylin Akpınar, “Ən yaşı serial cütlüyü” Kerem Bürsin və Hande Erçel, “Ən yaxşı romantik komediya serialı” “Sen çal kapımı” seçilib.

Qeyd edək ki, gecədə “Azərbaycanın parlayan gənc ulduzu” kateqoriyası üzrə mükafata Azərbaycandan Nahidə Babaşlı layiq görülüb.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin