ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırıb

11

ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib.

yasamal.tv xəbər verir ki, Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb.

“Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırış edirik. Bakı və İrəvanı delimitasiya və demarkasiya, iqtisadi və kommunikasiya xətlərinin bərpasına, həmçinin ATƏT-in Minsk Qrupu ilə təmasları davam etdirməyə çağırırıq”, – o deyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin