Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq verilib.
yasamal.tv-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın genişləndirilmiş iclasında deyib.
İclasda Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.