Tvitterin qurucusu Cek Dorsi tutduğu vəzifədən istefa verə bilər.
yasamal.tv xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
“Tvitterin baş direktoru Cek Dorsinin baş direktor vəzifəsini tərk edəcəyi gözlənilir”, – telekanalın xəbərində deyilir.
Bu xəbərin fonunda şirkətin səhmləri ticarətdən əvvəl 11% bahalaşıb.
Birjaların açılışından sonra, axşam saatlarına olan məlumata görə, Tvitterin səhmləri 5,88% artaraq hər səhm üçün 49,84 dollar olub.