Ermənistanda yanvarın 1-dən koronavirusa qarşı peyvənd olunmayanlar üçün yeni məhdudiyyətlər tətbiq olunacaq.
yasamal.tv xəbər verir ki, bunu səhiyyə naziri Anahit Avanesyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, peyvənd olunmayan vətəndaşlar mədəniyyət və ictimai iaşə müəssisələrinə girişdə PCR testinin mənfi nəticəsinə dair sənəd, peyvənd olunanlar isə müvafiq sertifikat təqdim edəcəklər.
Həmin tələblərin dövlət poçt operatoru “Haypost” QSC-nin şöbələrinə də şamil oluna biləcəyi qeyd olunub.
Ermənistanda koronavirusa təsdiqlənmiş yoluxma halları 338.120-yə çatıb.