Haqqı tapdanan özəlləşdirmə çeki SAHİBLƏRİ: “Əgər kompensasiya məbləği kiçik olarsa,…”

5

Müəyyən müddətdir ki, özəlləşdirmə çekləri ilə bağlı problemin həlli cəmiyyətdə geniş müzakirə olunur. İctimai nüfuzlu insanlarla yanaşı, sıravi vətəndaşlar da məsələnin tezlikləmöz həllini tapacağına ümid edir. Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə  tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

yasamal.tv xəbər verir ki, mövzu ilə bağlı öz fikirlərini Huquqaz.com saytı ilə bölüşən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev bildirib ki, hazırda çeklərin tədavülünün dayandırılması qanunauyğun deyil. Bu yaxından problemin həllində dövlət dəstəyinin olması vacibdir:

“Bu gün həqiqətən xeyli sayda insanın özəlləşdirmə çekləri əllərində qalıb. Bununla bağlı partiyamıza müraciətlər də az deyil. Əhalinin narazılığına səbəb olan bu problemin həlli üçün ya dövlət proqramı qəbul edilməli, ya da hüququ tapdanan insanlara kompensasiya ödənilməlidir. Aydın məsələdir ki, vətəndaşların çoxu özəlləşdirmə çeklərindən istifadə edə bilmədi. Çünki özəlləşdirmə prosesi düzgün şəkildə təmin olunmadı. Əslində çeklərin tədavülü müddəti dəfələrlə uzadılmamalı idi. Bu çeklər müddətsizdir və tədavülü davam etdirilməli idi. Sadəcə olaraq, qaydalara məhəl qoyulmadı. Ona görə də prosesə yenidən baxılması vacibdir. Mövcud vəziyyətdə haqqı tapdanan vətəndaşların hakimiyyətə qarşı aqressiyası var. Əgər bu vətəndaşlara kompensasiya ödənərsə, onların fikirlərində dəyişiklik olacaq. Kompensasiya məbləğinin  nə qədər müəyyən olunması isə müvafiq qurumların üzərinə düşür. O vaxtı çeklər elə dəyərsizləşdirildi ki, insanlar qara bazarda ucuz qiymətə satırdılar. Əgər kompensasiya məbləği kiçik olarsa, bu, yenə heç nəyi dəyişməyəcək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin